Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 15-də rayon ərazisindəki mağazadan 350 manat oğurlayan Bakı şəhər sakini Əli Əliyev saxlanılıb.
Bundan başqa, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində, ötən ilin iyun-noyabr ayları ərzində rayon ərazisində 5 velosiped oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Babayev saxlanılıb.
Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 3-dən 10-dək olan müddətdə Buzovna qəsəbəsindəki evdən pul, televizor, noutbuk, suvenirlər, elektrik, məişət və bəzək əşyaları oğurlayan paytaxt sakini Anar Fəttayev saxlanılıb.
Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 13-də Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazadan 154 manat dəyərində telefon yaddaş kartını oğurlayan paytaxt sakini Nicat Rzayev saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.