Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verdi

16.01.2019 17:38 2 170
Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verdi
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov yanvarın 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə ilə əlaqədar paytaxtın rayon icra hakimiyyəti başçılarına ciddi tapşırıqlar verib.

E.Əzizovun tapşırığı ilə icra hakimiyyətlərində Fövqəladə hallar komissiyaları xüsusi qərargahlar yaradıblar.

BŞİH də daxil olmaqla, Bakının bütün rayonlarının icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib.

BŞİH-dən həmçinin bildirilib ki, şəhər icra hakimiyyəti qış mövsümünə tam hazırdır.

"Hələ ötən ilin noyabrından qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb" deyə BŞİH-dən bildirilib.

Son xəbərlər