Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib

Hava şəraiti ilə əlaqədar sürücülər sürət həddini aşmamalı və ara məsafəni normadan artıq gözləməlidir.

Bu barədə oxu.az-a Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hər bir hərəkət iştirakçısı təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifəni yerinə yetirməlidir:

“Tövsiyə edilir ki ,şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə edilsin. Nazirliyin qeyd etdiyi kimi, gözlənilən kəskin hava şəraitində sürücülər yollarda daha ehtiyatlı olmalıdırlar. Peşəkar və ya qeyri-peşəkar sürücülərdən yağışlı, küləkli havalarda paytaxtın enişli-yoxuşlu yollarında sürət həddini azaltması məsləhət görülür.

Belə hava şəraitində qəzalardan yayınmaq üçün maksimum diqqətli olmalı, avtomobillərin dövlət qeydiyyat nömrələrinin aydın seçilməsinİ təmin etməlidirlər. Bundan başqa, hava şəraiti ilə əlaqədar parkinq məsələsində də diqqətli olmaq lazımdır.

Gözlənilməz hadisələrdən yayınmaq və avtomobilə dəyə biləcək maddi ziyanın qarşısını almaq məqsədilə ağacların altında avtomobil saxlamaq tövsiyə edilmir. Məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bütün qurumlar üzərinə düşən tədbirləri görürlər. Vətəndaşlardan da diqqətli olmağı və yol hərəkəti qaydalarına maksimum dərəcədə əməl etmələri xahiş edilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 420 16.01.19 17:04