Rihanna atasını məhkəməyə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Rihanna atasını məhkəməyə verdi

Dünyaca məşhur amerikalı aktrisa və müğənni Rihanna onun brendindən istifadə etdiyinə görə atasını məhkəməyə verib.

Median.Az
“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rihannanın şikayət ərizəsində atasının “Fenty” brendindən istifadə edərək, milyonlarla dollar qazandığı bildirilib.

Tam adı Robin Rihanna Fenti olan aktrisa əlavə edib ki, atası Ronald Fenti onun yaratdığı “Fenty Beauty” və “Savage x Fenty” brendlərinin adından istifadə edərək, “Fenty Entertainment” şirkətini qurub. O, bir neçə dəfə atasından bu şirkətin adını dəyişdirməsini xahiş etsə də, aktrisanın valideyni buna məhəl qoymayıb.

Nəşr bildirib ki, bir müddət öncə “Fenty Entertainment” şirkəti müştəri cəlb etmək üçün aktrisa ilə əlaqəli olduğunu bildirib.

Rihanna atasını və onun tərəfdaşlarını vicdansız reklamda və şəxsi həyata müdaxilədə ittiham edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 693 16.01.19 11:54