Median.Az xəbər verir ki, yanvarın 11-i saat 16 radələrində S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmaları barədə Yasamal RPİ-nə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov
Şirvan şəhəri ərazisində saxlanılıblar.
F.Nəcəfovdan axtarış zamanı narkotik vasitə olan heroin götürülüb.
Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.