Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |    

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Median.az
AZƏRTAC-a istinadən xəbər ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov bu il fevralın 1-dən etibarən order markalarının tətbiqi üçün həyata keçirilən hazırlıq işlərindən danışıb, qarşıdakı dövrdə vəkillərin sayının artırılması ilə bağlı qəbul işinin səmərəli təşkilinin vacibliyini vurğulayıb.

İclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq sədri, Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin sədri, Əməkdar hüquqşünas İkram Kərimov vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib. Eyni zamanda, Rəyasət Heyətinin qərarına əsasən, bugünkü iclasda yaradılan Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırılıb.

Bundan başqa, iclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakıda fəaliyyət göstərəcək “Fides”, “Sumqayıt Asan”, Goranboy və Yevlax vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılaraq, müsbət qərarlar qəbul edilib. Vəkillərin mükafatlandırılması, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə də müraciətlərə baxılıb.

İclasda vəkillər barəsində başlanılmış 23 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə edilib. Qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmçinin 1 vəkilə irad, 4 vəkilə xəbərdarlıq verilib, 15 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. İki intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Vəkillər Kollegiyasının iclasında, həmçinin bu qurumun fəaliyyəti üçün əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 287 14.01.19 23:06