Bakıda maşınların şüşələrini sındıran şəxs tutuldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |    

Bakıda maşınların şüşələrini sındıran şəxs tutuldu - VİDEO

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb.

Median.az
Xezerxeber.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda “Hyundai” və BMW markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan üç ədəd noutbuk oğurladığı bildirilir.

Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M. Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M. Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları M. Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 204 14.01.19 22:35