Yanacaq əvəzinə duzlu su işlədən avtomobil - FOTO » Median.Az News Agency


Yanacaq əvəzinə duzlu su işlədən avtomobil - FOTO
"Quant e-Sportlimousine" markali avtomobil yanacaq yerinə duzlu su istifadə edilir.

Median.az xəbər verir ki, bu avtomobil Avropada istehsal edilib. Avtomobil benzin əvəzinə, elektrolit elementlərdən istifadə edən sistemlə çalışır və bu sistem "NanoFlowcell" şirkəti tərəfindən istehsal edir. Bu elementlər 920 at gücü hasil edir. Nəticədə isə duzlu su işlədən avtomobil 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir. Maksimal sürət isə 350 km/saatdır. İstehsalçı isə Almaniyanın "Quant" şirkətidir.

Bu element bir neçə onillikdir ki, məlumdur. Amma avtomobil istehsalçıları maşında istifadəyə icazəni bu yaxında əldə ediblər. Bu texnologiya benzinlə çalışan avtomobilləri tarixə göndərə bilər. Çünki həm daha effektiv, həm də ekoloji cəhətdən daha yaxşıdır.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          498 14.01.19 22:30