Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |    

Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanıldı - FOTO

20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri görülür.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Şəhidlər Xiyabanı və ətrafında təmizlik və abadlıq işləri aparılır. İşlər yanvarın 19-da yekunlaşacaq.

Artıq Şəhidlər Xiyabanına ziyarətçi axını da çoxalıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.//Trend.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 002 14.01.19 19:22