Enerji içkiləri yenidən ucuzlaşdı - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:35 Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub  |     13:34 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır  |     13:29 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO  |     13:28 “Telegram”da tezliklə 16 yeni funksiya olacaq  |     13:20 Smartfon istehsalçılarının reytinqində lider dəyişdi  |     12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |    

Enerji içkiləri yenidən ucuzlaşdı - SƏBƏB

Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə satış məntəqələrində enerji içkilərinin də qiymətlərinin artması barədə məlumat vermişdik.

Oxu.az-ın əldə etdiyi məlumata görə, aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngidiyinə görə, enerji içkilərinin qiyməti yenidən əvvəlki vəziyyətinə qaytarılıb.

Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan “Hell” bu gün yenə əvvəlki qiymətinə - 1 manata satılır.

“Bizon” adlı enerji içkiləri də hazırda köhnə qiymətlərlə satışdadır. Lakin bahalaşan digər enerji içkilərinin qiymətində dəyişiklik olmayıb.

Xatırladaq ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz enerji içkiləri, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu enerji içkilərinin hər litrinə 2 manat, alkoqolsuz enerji içkilərinin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 810 14.01.19 16:32