25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |    

25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı

Almaniyanın Güterslo şəhərində velosiped oğurluğunda ittiham olunan azərbaycanlı gənc saxlanılıb.

Median.Az
virtualaz.org-a istinadən xəbər verir ki, polisin gəldiyi ilkin qənaətə görə, gənc və onun əlaltıları ən azı 51 dəfə oğurluq törədiblər. Cinayətkarlar əsasən bahalı velosiped markalarını, o cümlədən mauntinbaykları (dağ velosipedləri) oğurlayıblar ki, sonuncular adi velosipedlərdən daha bahadır.

Oğrular daha çox məktəblərin ətrafında fəaliyyət göstəriblər. Oğurlanmış velosipedləri başqa rəngə boyayıb gizli yollarla satıblar. Müəyyən vaxtdan sonra cinayətkarlar o qədər cəsarətləniblər ki, oğurluq velosipedləri "eBay" internet saytında satışa çıxarmağa başlayıblar. Velosipedlərdən birinin sahibi öz nəqliyyat vasitəsini tanıyıb və bundan sonra polis cinayətkarların izinə düşə bilib.

Tezliklə hüquq-mühafizə orqanları 25 yaşlı azərbaycanlını, onun ailəsini və yaxın ətrafını izləməyə başlayıb. Dəstənin başçısı həbs edilib, çoxsaylı axtarışlar keçirilib və onların nəticəsində xeyli sayda velosiped aşkarlanıb. Mənbəyə görə, 2018-ci ilin iyul ayından dekabra qədər ən azı 51 velosiped oğurlanıb ki, bunların da ümumi dəyəri təxminən 34 min avroya bərabərdir.

Elə zərərçəkmişlər də var ki, onların velosipedləri qısa müddət ərzində iki dəfə oğurlanıb. Almaniya nəşri Anton adlı 13 yaşlı yeniyetmədən yazır və qeyd edir ki, bir ay ərzində onun iki bahalı velosipedi oğurlanıb. Bu hadisələrdən sonra valideynləri ona ucuz və işlənmiş velosiped alıblar ki, oğurluq halı təkrarlanmasın.

Almaniyada velosiped oğurluğu kifayət qədər yayılmış cinayət növüdür. Virtualaz.org 2017-ci ildə Almaniyanın Qall şəhərində velosiped oğurluğu ilə məşğul olan cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə yazmışdı. Həmin dəstənin də başında azərbaycanlı şəxs dururdu. Bu dəstə bir neçə il ərzində yüzlərlə velosiped oğurlaya bilmişdi. Dəstənin 26 üzvü arasında Ermənistanın, Rusiyanın, Qazaxıstanın, İraqın, Almaniyanın, Bosniya və Herseqovinanın və digər ölkələrin vətəndaşları vardı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 805 14.01.19 14:16