Azərbaycanda taksidə vəhşilik: 27 yaşlı oğlanı döyüb öldürdülər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |    

Azərbaycanda taksidə vəhşilik: 27 yaşlı oğlanı döyüb öldürdülər

Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb.

Hadisə taksidə baş verib.

Belə ki, Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu döyülmüş vəziyyətdə yaşadığı ünvana gəlib.

O, evdə əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.

Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Mirzəyev aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, müvafiq ekspertiza təyin edilib, hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq əməliyyat-tədbirləri davam etdirilir.

///Trendскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            773 14.01.19 13:34