“Dedi ki, cinsi əlaqədə olmasam, məni vuracaq” - 27 yaşlı gənci 12 illik həbsə aparan cinayətlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

“Dedi ki, cinsi əlaqədə olmasam, məni vuracaq” - 27 yaşlı gənci 12 illik həbsə aparan cinayətlər

27 yaşlı gənc iki nəfərə qarşı quldurluq etdiyi üçün 12 il həbs cəzası alıb.

Median.Az
musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 27 yaşlı Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. B.Qəhrəmanzadə məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bəşir Qəhrəmanzadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq bağlı basqın edərək quldurluq əməli törədib.

Belə ki, Bəşir Qəhrəmanzadə istintaqla müəyyən edilməyən şəxslərlə birlikdə "20 Yanvar” metrostansiyasının yaxınlığında Ramil Muradov adlı şəxsi bıçaqlayaraq telefonunu və pulunu alıblar.

Bundan başqa isə İqrar Qəhrəmanova qarşı da həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib və telefonu ilə pulunu ələ keçirib.

Bəşir Qəhrəmanzadə istintaqa ifadəsində deyib ki, "20 Yanvar” metrostansiyasından üzü "Şamaxinka” istiqamətində gedərkən yol kənarında ağaclar arasında sonradan adının Ramil Muradov olduğunu bildiyi şəxsi görüb. Bəşir deyir ki, həmin zaman yanında Vahid adlı tanışı və Vahidin qohumu da olub.

Bəşirin sözlərinə görə, Ramil Muradov ağaclıq ərazidə tək olmayıb, onun yanında cinsi azlığın nümayəndəsi də olub.

Həmin ərazidə yaşadığını deyən Bəşir bildirib ki, gördüyü mənzərə onu əsəbləşdirib. Çünki dəfələrlə həmin ərazidə cinsiz azlıq nümayəndələri ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olurmuş: "Onları dəfələrlə oradan qovmuşuq. Bu dəfə də görəndə əsəbiləşdim. Onlara yaxınlaşdım. Özüm də içkili idim. Həmin şəxsin iki qolundan da tutub kənara çəkdim. Mübahisə edəndə cibimdən bıçaq çıxarıb onu vurdum. Sonra üzərində qiymətli əşya olar deyə ciblərinə baxdım. Cibində ancaq pul və telefon var idi”.

Bəşir Qəhrəmanzadə istintaqa ifadəsində İqrar Qəhrəmanovu vurmasının səbəbindən də danışıb. Deyib ki, dostları ilə şəhərin mərkəzin ərazisində gəzərkən İqrar Qəhrəmanovun velosiped sürdüyünü görüblər. Bəşirin dediyinə görə, tanışı Emin İqrara yaxınlaşaraq velosipedi sürməyə icazə verməsini xahiş edib. İqrar da bununla razılaşıb və velosipedi Eminə verib. Emin bir neçə dəqiqə velosipedi sürdükdən sonra hadisə yerindən qaçıb. Buna əsəbləşən İqrar isə Eminin ünvanına söyüş söyüb. Bir neçə dəqiqə sonra ara küçələrdə Emini axtarmağa başlayıblar. Emini tapan zaman isə Bəşir Emini söydüyünə görə İqrara bir yumruq vurub. Yerə yıxılan İqrarın pulunu və velosipedini götürərək hadisə yerindən qaçıblar.

İş üzrə zərərçəkmiş Ramil Muradov da dindirilib. O, ifadəsində hadisə zamanı içkili olduğunu deyib.

Qeyd edib ki, qohumu ilə "20 Yanvar”da görüşdükdən sonra içki içiblər. Sərxoş vəziyyətdə olan zaman 3 nəfər gəncin ona yaxınlaşdığını deyən Ramil Məmmədov bildirib ki, əvvəlcə telefonu itdiyi üçün həmin şəxslərdən şübhələnib. Lakin bir neçə dəqiqə sonra həmin gənclər Ramil Muradovun telefonunu ona təhvil veriblər.

R.Muradov deyib ki, bir neçə dəqiqə sonra "Şamaxinka”ya yaxın ərazidə marketdən çıxarkən qadın paltarında olan cinsi azlıq nümayəndəsi ona yaxınlaşaraq əlindəki pulları alıb və bidlirib ki, onunla cinsiz əlaqədə olmalıdır. R.Muradov içkili vəziyyətdə olduğu üçün bu təkliflə razılaşdığını deyib: "Əvvəlcə razılaşdım. Məni yaxınlıqdakı ağaclıq əraziyə apardı. Sonra fikrimi dəyişdim, pulumu tələb etdim. Bıçaq çıxarıb dedi ki, cinsiz əlaqədə olmasam, məni vuracaq. Bir neçə dəqiqə sonra 3 nəfər gənc bizə yaxınlaşdı. Məni sürüyüb kənara apardılar. Məni bıçaqla kimin vurduğunu bilmədim”.

İstinaq zamanı R.Muradov fərqli ifadələr verib. Əvvəlcə onu bıçaqla vuranın cinsi azlıq nümayəndəsi olduğunu deyən R.Muradov sonradan fikrini dəyişib. Bildirib ki, 3 nəfər gənc ona yaxınlaşıb, ikisi qollarından tutub, digəri isə onu bıçaqla vurub.

Digər zərərçəkmiş İqrar Qəhrəmanov da istintaq zamanı dindirilib. O, ifadəsində bildirib ki, "Tarqovı”da velosiped sürərkən tanımadığı şəxslər ona yaxınlaşıb velosipedini sürmək istədiklərini deyiblər: "Mən də razıalşdım. Hamısı sürdü, lakin sonradan adının Emin olduğunu bildiyim şəxs velosipedi götürüb getdi. Onu axtaranda söyüş söydüm.

İstintaq zamanı Rəşid Qəhrəmanzadənin yanında olduğu iddia edilən şəxslər müəyyənləşdirilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 716 14.01.19 13:28