Bakıda kişi özünü polis bölməsinin qarşısında yandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |    

Bakıda kişi özünü polis bölməsinin qarşısında yandırdı

Sulutəpə qəsəbəsində kişi üzərinə benzin tökərək özünü yandırıb.

Median.Az
-ın məlumatına görə, hadisə həmin ərazidə yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.

Bildirilir ki, 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb.

T. İslamov üzərinə benzin tökərək özünü yandırıb. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil. Ətrafdakı şəxslər T. İslamovu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar.

Mərkəzin baş həkimi Şöhrət Məmmədovun oxu.az-a verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır:

“Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun oxu.az-a verdiyi məlumata görə, xəstə ciddi həkim nəzarətindədir:

“Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək yaxın hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 861 14.01.19 12:40