Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elman Osmanovun CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, 2018-ci il iyulun 2-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Elman Osmanov idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusu maneəyə vurub. Nəticədə sərnişinləri - paytaxt sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüblər, daha bir sərnişin xəstəxanaya yerləşdirilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış ayın 21-nə təyin edilib.