Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da şəhər sakini olan bir qadının mobil telefonunu quldurluq yolu ilə ələ keçirən Sumqayıt sakini Sadiq Adışlı və Yardımlı rayon sakini Elyar Cəbili saxlanılıblar.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.