Median.Az xəbər verir ki, Tərtər RPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbir nəticəsində, şəhər sakini Zöhrab Qəhrəmanovun həyətyanı sahəsindən “AKM” markalı silah, müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng, 625 ədəd patron və 2 ədəd patron darağı aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.