Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı - AÇIQLAMA

Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir.

Amma bir gerçəkilik unudulur ki, diaspor rəhbəri kimi təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni olan həyat yoldaşından başqa kimsə yoxdur. Bəzi mətbuat orqanlarında Azərbaycan diasporu, diaspor liderləri və sair ifadələrlə “zənginləşdirilmiş” informasiyalar yayımlanır ki, yuxarıdakı faktlar arasında aparılan paralelliyə cəhd də bunlardan biridir.

Median.Az xəbər verir ki, bunu “Report”un sorğusuna Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən son günlər Rusiyada Azərbaycan diaspor rəhbərinin erməniləri təbrik etməsi ilə bağlı yaranan mübahisələrə cavab olaraq bildiriblər.

“Dövlət Komitəsinin Vaqif Mustafayev adlı adamla nəinki diaspor rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir əlaqəsi mövcud deyildir”, - komitədən bildirilir.

Bildirilir ki, Rusiyadakı azərbaycanlıların diaspor fəallarından əldə edilən məlumatlara görə, Vaqif Mustafayevin milliyyətcə erməni ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan şəxsdir:

“O, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin idarə etdiyi, maliyyələşdirdiyi Vaqif Mustafayev də artıq erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmur.

Ona görə ki, onun yalnız ad və familiyası Azərbaycan dilindədir. Göründüyü kimi, mətbuat yayımlanan xəbərlər tam həqiqəti əks etdirmir və şişirdilmiş şəkildə təqdim olunur ki, bu da ümumxalq və ümumdövlət maraqlarına ziddir”, - azərbaycanlı fəallar bildiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 876 11.01.19 12:19