Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 3- və 8-də 3 mağazadan pul, ərzaq məhsulları və geyim əşyaları oğurlayan şəhər sakini Uluxan Behbudov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Qafarov saxlanılıb.
E.Qafarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə “Reck” markalı pnevmatik tapança aşkar edilib.
Ağcabədi RPİ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.