İş yoldaşını öldürən "Araz" marketin işçisinin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İş yoldaşını öldürən "Araz" marketin işçisinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Surxay Əliyevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirlib.

Median.Az
xəbər verir ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz" Supermarketlər şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə çoxsaylı xəsarət alan V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlərlə
3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Surxay Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

İstintaq zamanı məlum olub ki, Vüqar Hüseynzadə Surxay Əliyev və Kənan Səlimov iş gününün sonunda, səhər baş verən münaqişəyə aydınlıq gətirmək üçün işlədikləri “Araz” supermarketinin arxasına keçiblər. Orada, bankomatın yaxınlığında gənclər arasında dava düşüb. Surxay Əliyev bıçaqla Vüqar Hüseynzadəyə bıçaqla zərbələr endirib, Kənan Səlimov dostlarını ayırmağa çalışsa da, ona da xəsarət yetiriılib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış yanvarın 15-nə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 880 09.01.19 18:35