Kamal Abdulla: Masaj kursunu bitirən xanım ADU-da vəzifədə olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Kamal Abdulla: Masaj kursunu bitirən xanım ADU-da vəzifədə olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da dörd il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Median.Az
Report-a istinadən xəbər verir ki, o, mətbuat konfransında bu gün ADU-nun məzunlarının ən yüksək dövlət qurumlarında çalışan insanlar olduğunu bildirib.

K.Abdulla ADU-nun rektoru vəzifəsində ilyarımdır işlədiyini xatırladıb:

“Bu müddətdə də tələbələrə savad verə bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. Dörd ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər”.

Rektor qeyd edib ki, bütün iddiaların hamısı böhtandır:

“Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Töhmət aldıqdan sonra bu çıxışları edir. Mən onları məhkəməyə vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm, ondan sonra nə deyəcəklər”.

K.Abdulla ADU-ya rektor təyin olunandan sonra hansısa qohum-qardaşını gətirməsi məsələsinə də aydınlıq gətirib:

“Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, o da tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yanlış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür”.

Eyni zamanda, rektor universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Hazırda iş məhkəmədədir. Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki, o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid laborantlar üç dəfə məzuniyyətə buraxılmışdı. Bu, necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır.

Komissiyanın qərarı ilə müəyyənləşdi ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun yalnız hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, yalnız laborantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 811 09.01.19 17:29