Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşları daxil olan məlumat əsasında Şəhriyar kəndində yaşayan Zəfər Səfərovun evindən 5 kq. marixuana və müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürüblər.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.