Bakıda keçmiş qayınatasını öldürən şəxsə prokuror cəza istəyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda keçmiş qayınatasını öldürən şəxsə prokuror cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Samir Şabanovun (1981-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ötən il aprelin 21-də Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun (1965-ci il təv.) küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.

Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Samir Şabanov saxlanılıb.

Məlum olub ki, S.Şabanov bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub, lakin sonra onların münasibəti pozulub və o, arvadından boşanıb. Keçmiş qohumlar arasında gərgin münasibət davam edib. Saxlanılan şəxs alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirib. Buna görə, Samir Şabanov qayınatası Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq, qəsdən həyatdan məhrum edib.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.

Çıxış edən zərərçəkmişin hüquqi varisi məhkəmədən S.Şabanova ömürlük azadlıqdan məhrum edilməsini xahiş edib.

Növbəti proses ayın 15-nə təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 345 09.01.19 12:44