Median.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Sumqayıt şəhəri ərazisində, şəhər sakini Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib, hadisə yerindən yayınan “Opel” markalı avtomobilin sürücüsü, şəhər sakini Zöhrab Novruzov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.