Median.Az xəbər verir ki, yanvarın 1-də Mərdəkan qəsəbəsindən, qəsəbə sakini İlham Xəlilov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Araşdırmaya başlayan Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşlarına zərərçəkmiş, izahatında xəsarəti yıxılması nəticəsində almasını göstərib.
Lakin araşdırma nəticəsində həmin gün qəsəbədə, İlham Xəlilovla həmyerlisi Pərviz Nəzəri arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
P.Nəzəri saxlanılıb.
Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.