“Nazmehr” gəmisində zəhərlənmənin səbəbləri açıqlandı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Nazmehr” gəmisində zəhərlənmənin səbəbləri açıqlandı - RƏSMİ

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənmədən dünyasını dəyişən şəxslərin ölüm səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı apardığı ekspertizanın son nəticələrini açıqlayıb.

Median.Az
xəbər verir ki, Mərkəzdən özəl olaraq Trend-ə verilən məlumata görə, gəmidəki heyət üzvlərinin ölümünün və xəstəxanaya yerləşdirilənlərinin zəhərlənməsinin səbəbi taxıla pestisidlərə və həşəratlara qarşı vurulan kimyəvi maddə olub:

"Gəminin heyət üzvləri taxılın parazitlərdən qorunub saxlanılması məqsədilə ona vurulan kimyəvi maddədən zəhərləniblər. Qapalı mühit olduğundan iy buxarlanıb və nəticədə onlarda kəskin inqalyasion zəhərlənmə baş verib".

Xatırladaq ki, oktyabrın 19-da gecə saat 3 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Onlardan üçü, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) hadisə nəticəsində dünyasını dəyişiblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 028 04.01.19 17:03