Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 1-də Tağıyev qəsəbəsində Bakı şəhər sakinin mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəhər sakini Natiq Şahbazov saxlanılıb.
Bundan başqa, Abşeron RPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 27-də rayon sakini olan qadının, içərisində 150 manat olan pulqabısını soyğunçuluq yolu ilə alan Bakı şəhər sakini Ruhan Zülfüqarov saxlanılıb.
Faktlarla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb.