Bakıda Yeni ili xaosu və ya növbə mədəniyyətsizliyi - KÖŞƏ + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda Yeni ili xaosu və ya növbə mədəniyyətsizliyi - KÖŞƏ + VİDEO

31 dekabr. İlin son günü. Dünyanın istənilən nöqtəsində gözlər saata dikilib. Hamı Yeni ili qarşılamanın həyəcanı içindədir. Bakıda da bu həyəcan hiss edilib. Yeni ili qarşılamaq məqsədilə atəşfəşanlıq təşkil olunub. Təbii ki, hər kəs şəhərə çıxıb bu atəşfəşanlığı izləmək istəyib.


Heyf ki, insanlar heç bir qayda-qanuna məhəl qoymadan öz “mədəniyyətsizlik”lərini nümayiş etdiriblər. Hər kəsdən “bizdə növbə mədəniyyəti yoxdur” cümləsi eşidilir. Amma bunu deyənlər özləri növbəni pozur. Elə Yeni ili qarşılamaq üçün şəhərə çıxanlar da.

Xarici ölkələrdə hər kəs Yeni ilin gəlişini qeyd etmək üçün küçələrə çıxır, atəşfəşanlıq edir, oynayırlar, amma orada Bakı küçələrindəki kimi səliqəsizlik olmur. Şəhərin istənilən küçəsi, xüsusilə də mərkəzdə dükan və alış-veriş mərkəzlərində Yeni il dekorasiyaları, eləcə də, balacaların sevimlisi olan Şaxta babaların uşaqlara əl etmələri hər kəsdə bayram ovqatını daha da artırır.

Lakin bircə bu qələbəlikdə xaos olmaya, insanlar bu günlərdə heç olmasa bir-birinə daha çox anlayış göstərə, yoldan keçən uşaq və yaşlılara daha çox yer verə. Odur ki, etiket qaydalarına riayət etmək, yol mədəniyyəti çox önəmlidir.

Yeni ili qarşılamaq üçün Bakı küçələrinə axışan insanların mənzərəsi diqqətimi cəlb edir. Kimisi oynayır, kimisi avtobusu küçədə saxlayıb, gedib, kimisinin də sıxlıqdan ürəyi sıxılır...

Siyahını sadalamaqda davam edə bilərik. Desəm ki, Azərbaycanda növbə gözləmək demək hər kəsin digərindən əvvələ keçməsi deməkdir, bəlkə də, yanılmaram.

Bu cür problem yalnız Yeni il gecəsi olmur, hər gün belə hallarla qarşılaşırıq. Marşrut gəlir, dayanacaqda gözləyən şəxslər qapıya axın edir. İlk çiynini çəkən, tez qabağa qaçan “qazanır”. Burada “növbə yaradaq, rahat hərəkət edək” sözünü kimsə deməz.

Bu növbə gözləmək mədəniyyətinin olmaması turistlərdə Azərbaycan haqqında pis təəssürat yaradır. Ölkəyə gələn qonaq şəhərin gözəlliyini görüb, kiçik növbədə insanların intizamsızlığını görəndə ölkəmiz haqqında bütün müsbət fikirlərinin üstündən xətt çəkir.

“Həyatda hər şeyin yaxşısı mənim olmalıdır, başqalarının canı cəhənnəmə” deməklə biz heç bir problemi həll edə bilmərik. İnsan tək özünü deyil, başqalarını da düşünsə, bir cəmiyyət formalaşdırmaq olar.

Bu məqamda tək insanları qınasaq, haqsızlıq olar. Çünki onların atəşfəşanlığı izləmək istəməsi başadüşüləndir. Bunun üçün ictimai nəqliyyat vasitələri də düzgün təşkil edilməlidir. Metro ilə ünvan başına getmək üçün hər kəs bir-birini “tapdalayaraq” keçir.

Belə xüsusi bayram günlərində intervalın azaldılması, nəqliyyat vasitələrinin daha çox xəttə buraxılması yerinə düşərdi.

Ümid edirəm ki, nə vaxtsa növbə mədəniyyəti bizdə də olacaq...
//oxu.az



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 511 04.01.19 12:53