Ukraynalı boksçu bir zərbə ilə prezidentin mühafizəçisini öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |    

Ukraynalı boksçu bir zərbə ilə prezidentin mühafizəçisini öldürdü

Ukrayna Dövlət Mühafizə İdarəsinin əməkdaşı qətlə yetirilib.

Median.Az
Strana.ua saytına istinadən xəbər verir ki, hadisə yanvarın 2-də axşam saatlarında Kiyevin mərkəzində baş verib.

Dövlət Mühafizə İdarəsinin əməkdaşı yaşayış kompleksinin həyətində iki itlə gəzişən kişi ilə mübahisə edib. O, gözlənilmədən həmin kişi tərəfindən çənəsindən güclü zərbə alıb və yıxılıb.

Dövlət Mühafizə İdarəsinin 26 yaşlı əməkdaşı Vasili Xmelyuk hadisə yerində ölüb. Məlum olub ki, o, ölkənin birinci şəxslərinin mühafizəçisi imiş.

Mühafizəçini qətlə yetirən şəxsin isə ağır çəki dərəcəsində çıxış edən boksçu Pyotr Oçeretyanı olduğu müəyyən edilib. O, on ildən çoxdur Ukrayna Peşəkar Boks Liqasını təmsil edir.

Faktla bağlı cinayət işi açılıb, qətldə şübhəli bilinən P. Oçeretyanı artıq polisə təslim olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 895 04.01.19 12:49