Üç yaşlı Aylinin müalicəsi üçün yığılan pul oğurlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Üç yaşlı Aylinin müalicəsi üçün yığılan pul oğurlandı - FOTO

Leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar naməlum şəxs tərəfindən oğurlanıb.

Median.Az
-ın məlumatına görə, bu barədə uşağın həkimi, pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edib.

“Aylin haqqında yazmışdım. Leykozdan əziyyət çəkən körpə. Məlum, uşağın atası da həyatda olmadığı üçün Aylinin müalicəsinə dəstək üçün hesab açmışdıq və bir miqdar məbləğ toplanmışdı. Yanvarın 1-i Aylinin vəziyyəti qəfildən pisləşdi.

Dünən gecə də Moskvadan azərbaycanlı bir şəxs özünü “həci” kimi təqdim edib kart və hesab nömrəsini istəyib. Deyib ki, hesaba 50 min manat pul köçürürəm, uşağı xaricə aparın. Ailə səhər kartdan pulu götürmək üçün gedəndə acı bir sürprizlə rastlaşır. Hesab boş. Aylardır nə əziyyətlə yığılan pul, ailənin tək ümid yeri, onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən bu “məxluq”un nömrəsi +79852706090 budur. Banka müraciət olunub, deyiblər ki, pul hansısa oyunlar üçün köçürülüb”.

A.Dadaşovanın anası Rahimə Dadaşovanın Oxu.Az-a verdiyi məlumata görə, hazırda Qan İnstitutunda müalicə alan Aylinin vəziyyəti nisbətən yaxşılaşıb:

“Dünən vəziyyəti pisləşmişdir. Bu gün nisbətən yaxşılaşma var. Amma müalicəsi üçün yığılan pullar vicdansız bir insan tərəfindən oğurlanıb. Müalicə üçün yığılan pulları çəkib qumara qoyublar”.

Uşağın dayısı Rahil Cəfərovun Oxu.Az-a verdiyi məlumata görə, həmin şəxs Aylinə yardım edəcəyini dediyi üçün ondan heç nə soruşmayıblar:

“Daha əvvəl də Aylinə yardım etmək üçün bizə zəng edirdilər. Kartın nömrəsini istəmişdilər, vermişdik. Çox vaxt adlarını, kimliklərini soruşanda Allah bəndəsi deyirdilər. Mən də ona görə soruşmadım ki, kimdir. Dedi ki, Rusiyadan zəng edirəm. Guya səkkiz yaşlı qızı Aylinin fotosunu görüb, pis olub. O da onun xətrinə bizə kömək etmək istəyib.

Türkiyədə müalicə üçün gərəkli olan 50 min manatı ödəmək istədiyini dedi. Kartın nömrəsini, Aylinin xəstəlik kağızlarını, anasının şəxsiyyət vəsiqəsini və başqa sənədlərin fotosunu da istədi. Hamısını çəkdim, atdım. Dünən olub bu söhbətlər. Bu gün getdim kartı yoxlamağa, balans boşalıb. Karta təxmini 4500-5000 manat arası məbləğ var idi. Hazırda gedirəm polisə ərizə yazmağa. Xahiş edirəm, bizə kömək edin”.

Qeyd ki, sosial şəbəkələrdə xüsusi proqramdan istifadə edərək, həmin nömrənin “Hüseyn Vaqif oğlu” adı ilə qeyd olunduğunu yazıblar.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 203 03.01.19 18:41