Fişəng Bakı sakininin əlində partladı - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Fişəng Bakı sakininin əlində partladı - FOTO/VİDEO

Yeni il gecəsi fişəng partlaması nəticəsində bədbəxt hadisə baş verib.

Median.Az
-ın məlumatına görə, bayram axşamı fişəng partladan zaman 33 yaşlı şəxsin sol əli parçalanıb.


Bakı sakini, 1985-ci il təvəllüdlü A.T. (ad şərtidir) təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Xəstəxanada ortoped-travmatoloq İltifat Hüseynov tərəfindən əməliyyata alınıb.

Həkim Ortoped-Travmatoloq İltifat Hüseynov oxu.az-a verdiyi açıqlamasında əməliyyatın qənaətbəxş keçdiyini bildirib:

“Xəstə klinikaya gələn kimi təcili ilkin müdaxilə edilərək əməliyyata alınıb. Sol əlin baş barmağı, demək olar ki, qopmaq üzrə idi.

Əməliyyat zamanı vətərlər tikilib, ovuc içi yaralar təmizlənib. Xəstəyə sol əlin baş barmağının subtotalamputasiyası, ovuc içinin parçalanmış yaraları, bir, iki, üçüncü barmağın vətərlərinin ciddi zədələnməsi diaqnozu qoyulub. Hazırda normal palataya köçürülüb, vəziyyəti isə orta-ağır olaraq dəyərləndirilir”.

Xəstə özünü yaxşı hiss etdiyini bildirib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 102 03.01.19 17:28