Sumqayıtda keçmiş məhkumu döyüb, öldürən şəxslər iclas zalında həbs olunublar » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |    

Sumqayıtda keçmiş məhkumu döyüb, öldürən şəxslər iclas zalında həbs olunublar

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin CM-nin 120.2.1-ci (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Median.Az
xəbər verir ki, bu il avqustun 20-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib və orada ölüb.

Sumqayıt ŞPİ və şəhər prokurorluğu əməkdaşlarının apardıqları araşdırmalarla, həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıblar.

Keçirilən prosesdə təqsirləndirilən şəxslərin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri dəyişdirilib, onlar məhkəmə zalında həbs olunublar.

Növbəti proses ayın 10-na təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 212 03.01.19 16:49