200 iynə udan gəncdən xəbər var » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |    

200 iynə udan gəncdən xəbər var

Daha əvvəl sizə 200 iynə udan Şəmkir sakini, 28 yaşlı Emin İsayev haqqında xəbər vermişdik. Əldə etdiyimiz məlumata görə, onun vəziyyətində müsbət dəyişikliklər var.

Bu barədə onun dayısı Şəki Əsgərov məlumat verib.  

Onun sözlərinə görə,  E.İsayev Şəmkir rayon Mərkəzi Xəstəxanasında müalicə alır:
“Bakıdan qayıdandan sonra Gəncəyə həkimə apardıq. Orada da həkimlər məsuliyyəti öz üzərinə götürmək istəmədi. Gətirdik Şəmkir rayon Mərkəzi Xəstəxanasına. Orada müalicə alır. Həkimlərlə dünən danışmışam. Dediklərinə görə, az-az olsa da, yemək yeyir. İynələr də bir dəfə 11-i, bir dəfə səkkizi nəcisə qarışaraq bədəndən xaric olub. Həyati təhlükəsi ilə bağlı dəqiq söz deyən yoxdur, amma Allahdan ümid kəsilməz. Bayram günləri evə gətirmişdilər. Dünən yenə aparıblar xəstəxanaya”.

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov Oxu.Az-a açıqlamasında xəstənin vəziyyətinin orta-ağır olduğunu deyib:
“Bəli, pasiyent xəstəxanamızda ciddi stasionar müalicə şəraitində saxlanılır. Mütəmadi olaraq Bakıdan olan professorlarla, respublikanın baş cərrahı ilə əlaqə saxlayırıq. Xəstənin vəziyyəti barədə fikir mübadiləsi aparılır.

Vəziyyəti kifayət qədər kritik olduğu üçün hələ heç bir söz demək olmaz. Amma nəcis vasitəsilə bədəndəki iynələrin 5-10 dənəsi bədəndən xaric olub. Normal yemək yeyir. Ümumi vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 004 03.01.19 16:26