Лондон
C

Leyla Şıxlinskaya klinikasını satdı

Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

Median.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, artıq klinikaya yeni direktor təyin edilib. 
Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq  edib.  
Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. 

Belə ki, L.Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı bir milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L.Şıxlinskaya bu məbləğlə razılaşmayıb.

Bundan əlavə, klinika son illərdə medianın gündəminə müxtəlif qalmaqallarla, o cümlədən, vergidən yayınma halları ilə gəlib. Görünür, belə şəraitdə xanım Şıxlinskaya vəziyyətdən çıxış yolu kimi klinikanı satıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев