Median.Az xəbər verir ki, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən dekabrın 16-dan 27-dək olan müddətdə Yuxarı Tala kəndindəki evdən 400 manat oğurlayan kənd sakini Əhməd Məmmədov saxlanılıb. Araşdırma zamanı, onun dekabrın 27-də daha bir evdən 139 manat oğurlaması məlum olub.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da evdən televizor və mobil telefon oğurlayan Abşeron rayon sakini, əvvəllər
məhkum olunmuş Vasif Musayev saxlanılıb.
Şabran RPŞ-nin əməkdaşları tərəfindən dekabrın 15-də evdən 2660 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəhər sakini Tehran Cavadov saxlanılıb.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il sentyabrın 4-də evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəhər sakini
Ruhid Məmmədov saxlanılıb.
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də evdən 582 manat oğurlayan rayon sakini Ceyhun Nurullayev saxlanılıb.
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də evdən 1400 manat və 2 mobil telefon oğurlayan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Araşdırma zamanı onun, dekabrın 1-də daha bir evdən oğurluğa cəhd göstərməsi məlum olub.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.