Paşinyan Putinlə görüşdən məyus qayıtdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |    

Paşinyan Putinlə görüşdən məyus qayıtdı

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Rusiya səfərini başa vurub. Paşinyan Yerevanda jurnalistlərin suallarını cavablandırarkən məyusluğunu gizlətməyib. Belə ki, Moskvada nə Qarabağ, nə KTMT, nə də Rusiyadan alınacaq qazın qiyməti ilə bağlı danışıqlar aparılmayıb.

Median.Az
xəbər verir ki, bununla bağlı News.am portalı məlumat yayıb.

Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı müzakirə edilən məsələləri açıqlayıb.

“Biz, əsasən, ikitərəfli münasibətlərin gələcəkdə inkişaf perspektivlərini müzakirə etdik”, - o bildirib.

Paşinyan qeyd edib ki, görüş zamanı Qarabağ problemi ilə bağlı müzakirələr aparılmayıb.

“Bundan başqa, bizim KTMT baş katibinin namizədliyi ilə bağlı qısa müzakirəmiz oldu. Hər birimiz öz mövqeyimizi səsləndirdik”, - deyə Paşinyan əlavə edib.

Ermənistan baş naziri Putinlə Rusiyadan alınacaq qazın qiymətlərinin gələn ildən artırılıb-artırılmayacağı məsələsinin də müzakirə edilmədiyini deyib.

“Bununla bağlı heç bir qərar qəbul edilməyib. Bu məsələ ətrafında müzakirələr işgüzar qaydada davam edir. Ümid edirəm ki, bu məsələ bizim istədiyimiz qaydada inkişaf edəcək”, - Paşinyan bildirib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 549 28.12.18 12:25