Maştağada 150 manat borca görə adam öldürənlərə 34 il cəza təyin edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Maştağada 150 manat borca görə adam öldürənlərə 34 il cəza təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Vüqar Əlizadə və İlham Əliyevin CM-nin 120.2.1-ci (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2016-cı il noyabrın 28-də DİN məlumat yayıb ki, Maştağa qəsəbəsində yaşayan Vüqar Əlizadə (1994-cü il təv.) tanışı Kamran Quliyevə (1993-cü il təv.) bıçaqla zərbələr vuraraq, onu qətlə yetirib. Cinayəti törədən şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakta görə rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqın gedişatında məlum olub ki, hər iki şəxs fərdi qaydada fəhləliklə məşğul olub, Kamran Vüqardan bir müddət əvvəl borca 150 manat pul alıb. Ayın 27-də növbəti dəfə qəsəbədə görüşərkən sonuncu tanışından təkidlə borcunu tələb edib, lakin Quliyev imkanının olmadığını və ona bir neçə gün möhlət verməsini xahiş edib. Bununla Əlizadə razılaşmayıb, ona kifayət qədər gözlədiyini deyib. Bir-birinin ünvanına işlətdikləri söyüşlərdən sonra, əlbəyaxa dava başlayıb və Vüqar Kamrana 12 bıçaq zərbəsi endirərək, onu qəsdən öldürüb.

İstintaqın gedişatında təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə Vüqar Əlizadəyə kömək edən tanışı İlham Əliyev də cəlb olunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 264 28.12.18 11:52