Komitə sədri: Xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |    

Komitə sədri: Xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər

Əgər əvvəllər gündəlik 1-2 min manat vergi toplanılırdısa, bu gün 20-30 min manat vergi toplanılır. Biz bu yolla vergi yığımını 30 dəfə artırdıq”.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev media ilə görüşündə bildirib.

Onun sözlərinə görə, bu gün əsas problem “qurunun oduna yaş da yanar” məsələsidir:

“Qanunvericilikdə güzəşt varsa, cəmiyyətimizdə bundan sui-istifadə edənlər var. Bizim üçün bu riskdir”.

S.Mehdiyev qeyd edib ki, ölkəyə mal idxalı ilə məşğul olan “Comex” şirkəti Komitəyə elektron qaydada müraciət edib:

“Biz malları qaytarmaq üçün iki gün sonra onları geriyə yazırıq. Sonradan məlum olur ki, həmin mallar anbarda yoxdur. Bununla bağlı dörd gömrük işçisi haqqında cinayət işi başlanılıb. “Comex” şirkətinin özünü cinayət məsuliyyətinə cəlb etmişik. Beynəlxalq şirkətlər də oyun oynayır.

Elektron ticarət sivil ticarətdir, amma bu, o demək deyil ki, vergi rüsumunun ödənilməsindən yayınmalısan və yaradılmış imkanlardan, dövlətə çatacaq vergi rüsümlarından azad olmalısan. Bizim problemimiz budur. Bunun qarşısını almaq üçün bütün xidmətlər aeroportda cəmləşdirilib. Əgər əvvəllər gündəlik 1-2 min manat vergi toplanılırdısa, bu gün 20-30 min manat vergi toplanılır. Biz bu yolla vergi yığımını 30 dəfə artırdıq”.

DGK sədrinin sözlərinə görə, bu gün qəbiristanlıqdan bir ad götürüb, xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər. Özü də bu telefonların hamısı qiyməti 1 000 ABŞ dollarından çoxdur. Belə faktlarla bağlı cinayət işi başlanıb və istintaq gedir.

“Azərbaycanın daxili bazarına hələ də qaçaqmalçılıq yolu ilə mal çıxarılır. Kölgə iqtisadiyyatı budur. Bu gün mobil telefon mağazaları Komitəyə minnətdarlıq, təşəkkür məktubları yazırlar. Çünki kontrafakt malların poçt xidmətləri ilə, elektron ticarət vasitəsilə gətirilməsinin qarşısı alınıb. Bu, qanundursa, biz qanuna əməl etməliyik. Hər kəsə 1 000 dollarlıq mal almağa icazə verilib. Əgər kimsə 1 001 dollarlıq mal alıbsa, mütləq onun vergisini ödəməlidir”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            970 27.12.18 16:08