Piano ifa edən robot yaradıldı – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Piano ifa edən robot yaradıldı – VİDEO

İnsanın əl hərəkətlərinin təqlidi robotlar üçün mümkün olan, lakin çox çətin bir tapşırıqdır. Mütəxəssislər onlara insan hərəkətlərini öyrətmək üçün qəliz mexanizmləri əzələ, sinir, sümük və oynaq analoqları ilə təchiz edir.

Median.Az
xəbər verir ki, Kembric Universitetinin alimləri isə başqa varianta üstünlük veriblər.

Onlar robotlaşdırılmış əli minimum sayda detallarla təchiz edərək, onun nəyə qadir olduğunu öyənməyə çalışıblar.

Tərtibatçılar nəticədən razı qalıblar. Çünki robot mahircəsinə sintezatorda ifa edə bilib.

Robotlaşdırılmış əl “Stratasys Connex 5000” 3D printerində çap olunub. Xammal olaraq insan sümükləri və əzələləri kopyalayan materiallardan istifadə edilib. Alınan bilək UR5 robotuna bərkidilib.Tədqiqatçılar onu ən yaxşı variant hesab edir. Çünki onu “Python” dilində proqramlaşdırmaq daha asandır.

İfa zamanı barmaqların elastikliyini artırmaq üçün sümüklər arasında olan bağların sərtlik dərəcəsi dəyişdirilib. Robot barmaqlarını qatlaya bilməsə də, sadə melodiyaları asanlıqla ifa edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 222 27.12.18 11:24