Telman İsmayılov məşhur müğənnini girov saxlayıb - İSTİNTAQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Telman İsmayılov məşhur müğənnini girov saxlayıb - İSTİNTAQ

Məşhur müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı araşdırma yekunlaşıb.

Median.Az
“Kommersant”a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi müğənninin Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov və ona kömək etmiş iki fiqurant - Zaur Mərdanov və Vladimir Qusakov tərəfindən təşkil olunduğunu açıqlayıb.

Qurumun məlumatına əsasən, İsmayılov 2004-cü ilin yanvar ayında Russonu aldadaraq Moskvadakı “Praqa” restoranına gətirib. Sonradan onu ikinci mərtəbədə yerləşən öz kabinetinə çağırıb, “digər şəxslərlə birlikdə zor gücünə otaqda saxlayıb, ona fiziki xəsarətlər yetirilib”.

“Daha sonra İsmayılov Avraam Russodan bütün konsertlərini ləğv emtəyi və onun şərtləri əsasında estrada fəaliyyəti aparması üçün müqavilə bağlamasını tələb edib”, - deyə qurumun məlumatında deyilir.

Ardınca yuxarıda qeyd olunan iki fiqurant “zərərçəkəni zor gücünə avtomobilin arxa oturacağına əyləşdirib” İsmayılovun Moskvanın şəhərkənarındakı evinə aparıblar. Russo tələblərlə razılaşana qədər İsmayılovun evində bir neçə gün saxlanılıb.

Qurumun məlumatına görə, bunu sübut edən kifayət qədər dəlil toplanaraq, Baş Prokurorluğa göndərilib. Digər iştirakçılara qarşı ayrıca təhqiqat aparılır. Təqsirləndirilən şəxslər, o cümlədən T. İsmayılovun beynəlxalq axtarışı davam etdirilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 613 25.12.18 11:47