Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |    

Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi - VİDEO

Rusiyanın paytaxtı Moskvada boks gecəsi keçirilib.

“Krılya Sovetov” Universal İdman Kompleksində baş tutmuş görüşdə Azərbaycanın iki peşəkar boksçusu mübarizə aparıb.

Belə ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Musayev Rusiyanın Barnaul şəhərindən olan erməni rəqibi Karen Avetisyanla üz-üzə gəlib. Səkkiz raundluq görüşdə Hidayət hakimlərin yekdil qərarına əsasən təcrübəli rəqibi üzərində qalib elan edilib.

Bu, Həştərxan doğumlu idmançımızın peşəkar rinqdə keçirdiyi dördüncü matçda dördüncü qələbəsi olub.

Qeyd edək ki, Mingəçevirin “Kür” İdman Klubunun üzvü Hidayət Musayev bu ilin yanvarında keçirilmiş Azərbaycan çempionatının qalibidir.

Digər azərbaycanlı idmançı Kənan Hüseynəliyev (-60 kq) də filippinli rəqibini xal hesabına məğlub edib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 522 24.12.18 16:00