Bakı Hərbi Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında nəzarətçi baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
/oxu.az