Cavid Qurbanov: Keçidlərdə maşınlar altdan, qatarlar isə üstdən keçəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Cavid Qurbanov: Keçidlərdə maşınlar altdan, qatarlar isə üstdən keçəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov “Real TV”yə müsahibəsində həm görülən işlər barəsində, həm də yeni ildən tətbiq ediləcək yeniliklərdən danışıb.

Onun sözlərinə görə, gələcəkdə dəmir yolu stansiyalarının üzərində məntəqələr düzəldiləcək.

Orada həm avtobus, həm də qatarlar dayanacaq:

“Belə qərara gəlmişik ki, bütün keçidlərdə dəyişikliklər olacaq. Maşınlar altdan, qatarlar isə üstdən keçəcək, tunel formasında. Xatırlayırsınızsa, Binədə bu il avtobusla qatar toqquşdu. Bu kimi halların qarşısını almaq üçün bu addım atılacaq.

Məsələn, Zabratda stansiyanın ərazisi 15 hektar olacaq. Kəndlərdən avtobuslar həmin məntəqəyə qədər gələcək, daha onlar şəhərə girməyəcəklər. Oradan qatarlardan istifadə olunacaq.

Araşdırdıq, qərara gəldik ki, bundan sonra avtobusların interval xəttini 10 km-dən artıq olmasın. Avtobus xətləri ya metro, yaxud qatarlar istiqamətində hərəkət edəcək. Bununla da vaxta qənaət olunacaq”, - deyə Cavid Qurbanov bildirib.

Bundan əlavə, Cavid Qurbanov Sumqayıtdan Bakıya gələn qatarların intervalının artırılması ilə bağlı müraciətlər aldığını və bu qatarlardan istifadə edən vətəndaşların sayının çoxaldığını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 403 17.12.18 18:18