Azərbaycanın gəliri xərcindən yeddi milyard dollar çoxdur - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |    

Azərbaycanın gəliri xərcindən yeddi milyard dollar çoxdur - RƏSMİ

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatları üzrə dövriyyəsi 28 milyard 214 milyon 292 min ABŞ dolları olub. Bu rəqəm Azərbaycan dünyanın 182 ölkəsi ilə ticarət əməliyyatları nəticəsində formalaşıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,04 faiz, yəni 7 milyard 922 milyon dollar çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ötən on bir ayında idxal əməliyyatları 32,15 faiz artaraq 10 milyard 295 milyon 486 min dollar olub. İxrac əməliyyatları üzrə dövriyyə isə ötənilki göstəricini 43,34 faiz üstələyərək, 17 milyard 918 milyon 805 min dollara çatıb.

İxrac həcminin idxalı üstələməsi nəticəsində ölkənin ticarət balansında 7 milyard 623 milyon 318 min dollar məbləğində müsbət saldo yaranıb. Bu isə 2017-ci ilin on bir ayındakı statistikadan 61,84 faiz çoxdur.

İxracın strukturunda 81,6 faiz neftin, 2,68 faiz neft məhsullarının, 7,01 faiz təbii qazın, 0,36 faiz elektrik enerjisinin, 2,76 faiz meyvə-tərəvəz məhsullarının, 0,05 faiz çayın, 0,08 faiz bitki və heyvan mənşəli yağların, 0,13 faiz qəndin, 0,08 faiz spirtli və spirtsiz məhsulların, 0,41 faiz kimya məhsullarının, 0,62 faiz plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,4 pambıq, 0,12 faiz pambıq ipliyin, 0,44 faiz qara metal və ondan hazırlanan məmulatların, 0,59 faiz alüminium və ondan hazırlanan məmulatların, 2,67 faiz digər məhsulların payına düşüb.

İdxal məhsullarının strukturunda isə yenə də ərzaq liderdir: 11,91 faiz. Bundan başqa, ölkəyə gətirilən mal və məhsulların sırasında 1,34 faiz tütün və tütün məhsullarının, 0,09 faiz sementin, 2,59 faiz əczaçılıq məhsullarının, 3,22 faiz plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,63 faiz odun və ağac məhsullarının, 10,83 faiz qara metal və ondan hazırlanan məmulatların, 22,18 faiz maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,62 faiz nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,92 faiz mebelin, 36,67 faiz digər məhsulların payına düşüb.

2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarında 7,002 min özəl və dövlət müəssisəsi və 14,575 min fiziki şəxs iştirak edib.

Azərbaycandan ixrac edilən məhsulların əsas alıcıları İtaliya (ümumi ixracın 30,98%-i), Türkiyə (8,657%), İsrail (6,16%), Çexiya (4,58%), Almaniya (4,12%), Hindistan (4,18%), Tayvan (3,99%), əsas idxal əməliyyatları isə Rusiya (16,19%), Türkiyə (13,96%), Çin (10,23%), Almaniya (5,67%), ABŞ (463,%), İsveçrə (4,95%), Ukrayna (4,03%) və İranla (3,6%) olub.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 570 17.12.18 13:29