Azərbaycanda kassa aparatları dəyişdiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanda kassa aparatları dəyişdiriləcək

2019-cu ildən ticarət və ictimai iaşə obyektləri öz fəaliyyətlərini elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər.

Median.Az x
əbər verir ki, bu səbəbdən bütün xidmət və ticarət sektorunda yeni kassalar tətbiq ediləcək.

Bununla bağlı yeni Vergi Məcəlləsinin tələbi aşağıdakı kimidir:

16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək.

Kassaların dəyişdirilməsi prosesi gələn ilin əvvəlindən başlayacaq və müəyyən qədər vaxt aparacaq.

Aparatların dəyişdirilməsi nəticəsində həyata keçirilən bütün əməliyyatlar onlayn rejimdə sistemdə öz əksini tapacaq və nəticədə “kölgə dövriyyəsi” şəffaflaşacaq. Kassa aparatının söndürülməsi isə artıq ona nəzarətin gücləndirilməsini tələb edəcək və bu zaman xronometraj vergi yoxlaması təyin edilə bilər.

Ümumiyyətlə, kassaya çek vurmamaq sahibkara çox baha başa gələcək. Vergi üzrə ekspert Anar Səttarovun Oxu.Az-a verdiyi məlumata görə, sahibkar satdığı məhsulun ödənişini kassaya vurmadıqda birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə 6000 məbləğində cərimə ediləcək.

“Bu isə o deməkdir ki, sahibkar ən azı 50 min manatı kassaya vurmamalıdır ki, həmin 1000 manatı bağlaya bilsin. Ona görə də yeni məcəllə ilk növbədə şəffaf işləməyi, düzgün uçot aparmağı tələb edir. Sahibkarlar öz gəlir və xərclərini düzgün göstərsələr, bu halda vergi yükləri azalacaq, əks halda, ciddi cərimə sanksiyaları ilə üzləşə bilərlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 118 14.12.18 12:38