Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur? - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |    

Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur? - FOTO

Yüksək səviyyəli şəxslər arasında telefon danışıqları bəzi zəruri prosedurlarla baş tutur və bu cür danışıqlar üzbəüz görüşlər kimi diqqətlə hazırlanır. 

“Telefon vasitəsilə danışıq istəyi diplomatik kanallar – XİN və ya səfirliklər vasitəsilə təklif edilir”, - keçmiş SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsinin dövründə 10 il müddətinə Kremlin protokol xidmətinə rəhbərlik edən Vladimir Şevçenko bildirib.  

Bu təklif səslənərkən, danışıqların vaxtı və mövzusu da göstərilir. Sualların nümunə forması da göstərilə bilər, ancaq diplomatik etika bunu tələb etmir. 

Onun sözlərinə görə, son illər diplomatik etika ilə bağlı bir sıra dəyişikliklər olub. 

“Abonentə zəng çatmır”

Danışıqların təkcə mövzusu deyil, vaxtı da razılaşdırılır. Əgər göstərilən vaxt digər tərəfi qane etmirsə, öz variantını səsləndirir və bunun səbəbini göstərir. Ancaq bu, çox vaxt zəngin vaxtını dəyişmək və ya ümumiyyətlə, danışıqdan imtina etmək məqsədi daşıyır. 

Qısası, bunun üçün səbəb də göstərilməyə, sadəcə, danışıqların baş tuta bilməyəcəyi deyilə bilər. Şevçenko bildirib ki, danışıqda heç bir mənanın olmadığı və ya zərərli olması səbəbindən telefon danışığından imtina edilə bilər. Vladimir Putin Pyotr Poroşenko ilə danışıqdan imtinanı onun seçki kampaniyasına qatılmaq istəməməsi ilə əsaslandırıb. 


Xətdəki insanlar

Dövlət başçıları telefon danışığında tək iştirak etmirlər. Hətta liderlər bir-birinin dillərini asanlıqla başa düşsələr də, hər iki tərəfdən tərcüməçilər iştirak edir.

“Bu gün Angela Merkel rus dilini mükəmməl bilir və danışır. Vladimir Putin də ingilis və alman dillərində sərbəst danışa bilir. Ancaq danışıqlar zamanı bəzi ikimənalı sözlərin, uğursuz ifadələrin xoşagəlməz nəticələrə səbəb olmaması üçün tərcüməçilərin iştirakı vacibdir”, - Şevçenko əlavə edib. 


Buna görə də tərcüməçilərin telefon danışığındakı rolunu qiymətləndirmək çox çətindir. 

Misal üçün, Brejnev o zaman telefon danışığından öncə hazırlanmış mətni oxuyurdu, bu mətnin surəti tərcüməçidə də olurdu. Bu da Brejnevlə işləməyi asanlaşdırırdı. 

Əgər Rusiya prezidenti Kreml və ya iqamətgahından danışığı aparırsa, tərcüməçi XİN-də ona verilmiş iş otağında əyləşə bilər. Telefon danışığında texniki mütəxəssis, təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edə bilər. 

Xüsusi müdafiə ilə təchiz edilmiş telefon əlaqələri

Dövlət və hökumət başçılarının istifadə etdiyi müasir telefon əlaqələri xüsusi müdafiə ilə təchiz edilib, onları nə dinləmək, nə də müdaxilə etmək mümkündür. Bu telefonlardan çıxan siqnallar şifrələnir və yalnız qarşı tərəfin telefon xəttində şifrlər açılır. Əgər xəttə müdaxilə cəhdi olsa, telefon danışığı yarımçıq dayandırılır. 


Buna görə də telefonun digər başında kimin olduğunu dəqiqləşdirmək vacib deyil. Ancaq abonentin səsi vasitəsilə tanınma sistemi mövcuddur və bundan istifadə edilir. 

Telefon xuliqanları

Xüsusi mühafizə sisteminə və səstanıma funksiyasına baxmayaraq, bu sahədə də xuliqanlıq edənlər tapılıb. 

2005-ci ildə İspaniyanın radiostansiyalarından birindən Boliviyada keçirilən seçkilərdə qalib gəlmiş Evo Moralesə zəng edilib. Pranker özünü İspaniya baş naziri Xose Luis Rodriqes kimi təqdim edib və ona təbriklərini çatdırıb. 

2008-ci ildə kanadalı şoumen ABŞ-da Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Sara Peylinə zəng edib və özünü Fransa prezidenti Nikola Sarkozi kimi təqdim edib. Onlar Respublikaçıların seçkiqabağı proqramını və Sarkozinin arvadı Karla Brunini müzakirə ediblər. 

Rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) Putinin adından Elton ConRəcəb Tayyib ƏrdoğanPyotr PoroşenkoAleksandr Lukaşenko ilə telefon əlaqəsi saxlayıb. 


Ən maraqlı hadisə isə 2008-ci ildə Britaniya kraliçası II Yelizavetanın başına gəlib. Kraliçanın nəvələri Uilyam və Harri nənələrinin avtocavablayıcısına səs yazısı yerləşdiriblər:

“Salam, bu, Lizdir, mən indi evdə deyiləm. Filipp (kraliçanın həyat yoldaşı) ilə əlaqə yaratmaq üçün “bir”, Çarlz (kraliçanın böyük oğlu) ilə əlaqə üçün “iki”, Korqi (kraliçanın sevimli iti) ilə əlaqə saxlamaq üçün “üç” düyməsini basın”. 


Mənbə: “RİA Novosti”
Tərcümə: Samir İsayev
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 270 11.12.18 11:37