Gürcüstanda prezidentin kürəkəni saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Gürcüstanda prezidentin kürəkəni saxlanıldı

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni qanunsuz silah saxlamada şübhəli bilinib.

Median.Az
“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ötən gecə Marqvelaşvilinin qızının həyat yoldaşı Mindiya Qoqoçuri Tbilisidə saxlanılıb.

Ümumilikdə Tbilisi polisi qanunsuz silah saxlama ittihamı ilə iki nəfəri saxlayıb. Qeyd edilir ki, saxlanma zamanı şübhəlilər üzərilərindəki silahları eyvandan atıblar.

Məlumatlara görə, saxlanılan şəxslər qaldıqları evi altı ay müddətinə kirayəyə götürüb.

Xatırladaq ki, Qoqoçurinin diqqət mərkəzinə düşməsi ilk dəfə deyil. İyulda o, bıçaq yarası ilə xəstəxanaya çatdırılıb, 2017-ci ilin yanvarında isə güllə yarası alıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Ölkənin 5-ci prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 352 06.12.18 13:13