Saçı qırxılan gəli̇ni̇n anası: Qızımı belə görəndə şok keçirdim - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |    

Saçı qırxılan gəli̇ni̇n anası: Qızımı belə görəndə şok keçirdim - VİDEO

Bir neçə gündür müzakirələrə səbəb olan, sosial şəbəkələrdə ərinə xəyanət etdiyinə görə saçının qırxılması videosu yayılan qadının anası danışıb.

Median.Az
-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, ana deyib ki, qızını əri evindən Mingəçevirə gətirəndən sonra bu məsələdən xəbəri olub.

Qızı ilə bağlı videoları isə sosial şəbəkələrdə görüb. Bəs görəsən, gənc qadının başına gələn bu hadisənin səbəbi, həqiqətənmi, xəyanətdir?

Məlum olub ki, 24 yaşlı Günel Mirəliyeva hazırda Rusiya vətəndaşı olan Elnur Həsənovla 2013-cü ilin aprel ayında ailə həyatı qurub. Bu, Elnurun ikinci evliliyi olub, həm də onlar qohum olublar. Saçları qırxılan gənc qadının anası Xalidə Malışova deyir ki, onlar ailə həyatı qurandan yola getməyiblər.

2015-ci ildən bəri Günel Mingəçevirdə atası evində qalırmış. Bu ilin sentyabrında yenidən həyat yoldaşı onu Rusiyaya aparıb. Bir müddət sonra isə xəyanətə görə əri və onun ailə üzvləri tərəfindən saçları qırxılıb. Sonra isə anasına xəbər verilərək qızını aparmalarını istəyiblər.

Xalidə Malışova bildirir ki, belə hadisədən Günelin valideynlərinin xəbəri olmayıb. Qızını Mingəçevirə gətirəndən sonra biliblər. Videonu da kürəkəninin ailəsi bilərəkdən yayıb.

Qadının anası Xalidə Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 291 06.12.18 12:44