Azərbaycan Parlamentinin 100 illiyində deputatlar nəyi müzakirə edəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan Parlamentinin 100 illiyində deputatlar nəyi müzakirə edəcək?

Sabah, dekabrın 7-də parlamentin növbəti plenar iclası keçiriləcək.

Dekabrın 7-də keçiriləcək toplantının gündəliyinə ilkin olaraq 21 məsələ daxil edilməsi nəzərdə tutulur.

Bunlar “Dövlət qulluğu haqqında”, “Uşaq hüquqları haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Avtomobil yolları haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mənzil məcəllələrinə dəyişiklik layihələridir.

Millət vəkilləri “Psixoloji yardım haqqında” qanun layihəsini də (üçüncü oxunuş) müzakirə edəcəklər.

Onu da qeyd edək ki, dekabrın 7-si həm də Azərbaycan Parlamentinin yaranması günüdür.

Düz 100 il öncə, dekabrın 7-də, saat 13:00-da məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Bu parlamentin ömrü cəmi iki il çəkib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 303 06.12.18 12:37