Evinə qız gətirəni öldürən ömürlük məhkum: Ölüm bundan yaxşı idi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |    

Evinə qız gətirəni öldürən ömürlük məhkum: Ölüm bundan yaxşı idi - VİDEO

1955-ci ildə Balaxanıda anadan olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm.


Bunu ARB TV-nin “Rezonans” proqramında həyatı işıqlandırılan Cansail Həsənov deyib.

Onun sözlərinə görə, evinə yanlış məqsədlər üçün gələn tanışını ödürərək ömürlük həbs cəzası alıb:

“1955-ci ildə Balaxanıda olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm. Dedim yarım saatdır oturmusan burada, necə tək deyilsən.

Dedi ki, qadındır. Ona qayıdıb demişəm ki, bura olmaz, çıx, get. Mübahisə düşdü. Söyüb danışmamışam, çıxarmışam çölə. Ağır söyüşlər söyüb, demişəm, içkilidir, eybi yox. Yarım saatdan çox sakitləşdirə bilməmişəm. Əl atıb vurdu. Mən də özümdən asılı olmayaraq vurmuşam onu. Heç kimə sataşmamışam, heç kimin qarşısını kəsməmişəm.

Evimin içində ağır söyüşlər söyüb. Kim dözər? Bir gün evdə baxıblar ona, bir gündən sonra xəstəxanada əməliyyat olub. 3-4 gün yaşayıb. Məhkəmədə bildim ki, qazlı su içib yaraları partlayıb. Üç gün ərzində hamı ilə görüşüb sağollaşdım. Sonra evə gələndə gördüm ki, polis orada durub. Heç məni tanımayıblar. Siqaret çəkmişəm. Sonra dedim ki, mənim arxamca gəlmisiniz? Dedilər nə yaxşı qaçmadın? Dedim, haraya gedəcəm? Getsəm, yenə gəlməli olacam da! Onlarla çıxıb getmişəm”.

Məhkum ona verilən cəzanın ağırlığından narazı qalıb:

“Cinayət məcəlləsində 15 ilədək idi. 18 il iş kəsmişdi. 18 il olmadığına görə mənə ölüm hökmü verdilər. Bu qədər ağır cəza olmamalı idi. Heç kimə də şikayət etmirəm. Nə deyim? Bilərəkdən öldürməmişəm. Mənim evim ona görə nədir? Həbsdə olduğum müddətdə atamı, anamı, iki əmimi, cavan qardaşımı, dayımı, dayım oğlunu, iki xalam oğlunu itirmişəm. O vaxt məni öldürsəydilər, bundan yaxşı idi”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 015 03.12.18 15:00